Bu barədə məlumatı İnterpress.az-a partiyanın Sabunçu rayon təşkilatının sədrliyindən uzaqlaşdırılan Rövşən Dəmirli verib.
Rövşən Dəmirlinin sözlərinə görə, müraciətdə son zamanlar partiya rəhbərliyinin qəbul etdiyi qərarların partiyanın nizamnaməsinə uyğunluğunun araşdırılması tələb edilir: “Nizamnaməyə nəzarət edən qurum kimi onlardan bu məsələyə münasibət tələb edəcəyik. Əgər obyektiv araşdırma aparsalar Nizamnamənin indiki rəhbərlik üçün kağız parçasından başqa bir şey olmadığını görəcəklər. Yəqin o vaxt qeydiyyat məsələsi də gündəmə gələcək”.
Müraciət partiyanın Suraxanı rayon təşkilatının Müsavatdan çıxarılan və hazırda fəaliyyətini davam etdirən ümumilikdə 10 nəfərin imzası ilə göndəriləcək.
Elnarə
İnterpress.az