“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb”backend

“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 12, 6 saylı Bakı Şəhər Xəstəxanasında isə 2 nəfər müalicə alır:

“Xəstələr arasında vəziyyəti elə də ağır olan yoxdur. Vəziyyətləri düzəldikcə, yavaş-yavaş evə buraxılacaqlar”.

May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.

Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.

İnterpress.az