Tәdbir Latviyanın Avropa İttifaqı Şurasına sәdrliyi çәrçivәsindә keçirilir. Tәdbirin başlanğıcında jurnalistlәr üçün açıqlama verәn Latviya prezidenti Andirs Berzins bu layihәnin uzun illәrdir davam etdiyini deyib.
Onun sözlәrinә görә, sammitdә layihә ilә bağlı bugünki vәziyyәt vә gәlәcәk perspektivlәr müzakirә edilәcәk. Daha sonra dövlәt vә hökumәt başçılarının prezident tәrәfindәn qarşılama mәrasimi başlayıb. Azәrbaycanı tәdbirdә xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tәmsil edir.
Sammidә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir.
Sabah da davam edәcәk sammitin sonunda yekun bәyanatın imzalanması gözlәnilir.
İnterpress.az