Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: \”Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur\”.
A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.
İnterpress.az