Dünəndən başlayaraq rayonun Son Beş qəsəbəsində yerləşən 50 ailəli 5 mərtəbəli binanın fasadında olan yanğına həssas üzlüklər sökülməyə başlayıb. Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonda həssas üzlüklə üzlənən bir bina var və onun üzlüyü söküldükdən sonra yenidən tikinti normalarına uyğun olaraq suvanıb, rənglənəcək. ( apa )
İnterpress.az