Bu gecə keçiriləcək “Eurovision 2015” final mərhələsinin nəticəsini hamı böyük həyəcanla gözləyir.
Finalda çıxış edəcək 27 ölkə arasında Azərbaycanı “O səs Türkiyə”nin qalibi seçilmiş Elnur Hüseynov təmsil edir.
Qardaş ölkədə çıxışları ilə bir qədər də populyarlaşan azərbaycanlı ifaçıya məşhurlarla yanaşı, yerli mətbuat da dəstək olur.
Azərbaycanlı iştirakçını həm də öz təmsilçiləriymiş kimi qəbul edirlər və müsabiqəni onu qazanmağını istəyirlər.
Müsabiqədən bir neçə həftə əvvəl də ölkənin tanınmış simaları video-çarxlar hazırlayaraq, Avropada yaşayan türklərdən Elnur Hüseynova səs verməyi istəmişdilər.
Qeyd edək ki, ölkəmizdə bir sıra yarışmalarda iştirak dərən gənc ifaçı 2008-ci ildə də müğənni həmkarı Samir Cavadzadə ilə birlikdə “Eurovision” səhnəsində yer almışdı. (ANS)
İnterpress.az