İnterpress.az CNN-ə istinadən xəbər verir ki, Yerli qəbilə başçıları Sheikh Rafie al-Fahdav şəhərin ötən gecə zəbt edildiyini deyir.
Bu şəhər Ramadinin təxminən 7 kilometrliyində yerləşir.
Yarqlılar bundan bir neçə gün əvvəl əyalətin paytaxtı Ramadi şəhərini də zəbt ediblər.
Məlumata görə yaraqlılar həmçinin mayın 21-də Suriya ilə sərhəddəki al Valid keçid məntəqəsini ələ keçiriblər ki, bu onların İraq-Suriya sərhəddində hərəkəti və silah daşımalarını asanlaşdırır.
İraq hökuməti şiə qruplarının dəstəyi ilə Anbar əyalərinə əks-hücuma keçməyi planlaşdırır.
Həmçinin yaraqlılar bu günlərdə Suriyanın qədim Palmira şəhərini ələ keçiriblər.
Londondakı Suriya insan haqları mərkəzinin məlumatına görə, hazırda Suriya ərazisinin yarısı İŞİD qruplaşmasının nəzarətindədir.
İnterpress.az