XİN başçısından Riqa açıqlamasıbackend

XİN başçısından Riqa açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının \”Şərq Tərəfdaşlığı\” ölkələrinin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb: “Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi Təhlükəsizlik Şurasının qətnamələri əsasında olmalıdır.

Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır.

Bununla belə, sonda razılıq əladə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Naziriliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı da sammitin yekun sənədinə əlavə edəcəklər. Bununla da məsələ bitmiş olacaq”.

E. Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: “Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi”.

İnterpress.az