Ağalarovlar Azərbaycanda yeni şirkət açdılarbackend

Ağalarovlar Azərbaycanda yeni şirkət açdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Turan-a istinadən xəbər verir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində yeni şirkətin sahibinin adı açıqlanmır. Şirkətin hüquqi ünvanı Araz Ağalarovun Nardarandakı obyektlərindən biri – 2012 ildən fəaliyyət göstərən “Sea Breeze Resort & Residences”dir (“Breeze Hotel” MMC).

Bakıda Ağalarovlar ailəsinin bir neçə şirkəti var. Şirkətlərdən birindən sayta verilən məlumata görə, hazırda faktiki olaraq iki şirkət fəaliyyət göstərir: tütün məmulatının idxalı və distribusiyası ilə məşğul olan “Crocus ltd” və “European Tobacco-Baku”. İkinciyə nəzarət 2 il öncə “Crocus İnternational”a keçib.

Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, Bakıda Crocus loqosundan istifadə ilə 2004-2010-cu illərdə “Crocus Construcion”, “Crocus Trading”, “Crocus İnteriors”, “Krokus Azerbaycan”, “Krokus Baki” və “Krokus” şirkətləri yaradılıb.

İnterpress.az