Havanın temperaturu artmaqda davam edir.
Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də – gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb. Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.
Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə.
Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.
***
Telanqana ştatında 73, Andxra Pradeşdə isə 80 nəfər istilərin qurbanı olub. Ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.
Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.
Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.
İnterpress.az