Əvvəlki illərin məzunları imtahan verirbackend

Əvvəlki illərin məzunları imtahan verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılır.

İmtahanda 15224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12785 nəfəri I qrup üzrə, 2439 nəfəri IV qrup üzrə imtahan verir.

Abituriyentlərdən 14424 nəfəri (I qrup üzrə 12126 nəfər, IV qrup üzrə 2298 nəfər) Azərbaycan bölməsinin, 800 nəfəri (I qrup üzrə 659 nəfər, IV qrup üzrə 141 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9264 nəfəri (I qrup üzrə 8179 nəfər, IV qrup üzrə 1085 nəfər) oğlanlar, 5960 nəfəri (I qrup üzrə 4606 nəfər, IV qrup üzrə 1354 nəfər) isə qızlardır.

13338 nəfər orta ümumtəhsil məktəblərinin, 226 nəfər ali təhsil müəssisələrinin, 1660 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 38 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1998-ci ildəndir.

Bakı şəhərində 7514, Naxçıvanda 801, Gəncədə 1808, Sumqayıtda 1272, Mingəçevirdə 531, Şəkidə 581, Ağcabədidə 406, Göyçayda 549, Şirvanda 445, Lənkəranda 744, Xaçmazda isə 573 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 106 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1271 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

İnterpress.az