Kürdlər arasında qanlı nüfuz savaşıbackend

Kürdlər arasında qanlı nüfuz savaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə İran-İraq sərhədindəki Keleşin bölgəsində qeydə alınıb. Hücum nəticəsində 2 peşmərgənin öldüyü xəbər verilir.
PKK hələlik hadisə ilə bağlı heş bir açıqlama verməyib.

Hücuma səbəb kimi kürdlərin də yaşadığı Mahabad bölgəsində İran xüsusi xidmət orqanı əməkdaşının bir kürd qızına təcavüz etməsi ilə bağlı yaranan vəziyyət göstərilir. Təcavüzə məruz qalan 25 yaşlı Fərinaz Xosrovani özünü 4-cü mərtəbdən ataraq intihar edib. Bundan sonra bölgədə vəziyyət gərginləşib. Kürd silahlıları şəhərlərə enərək silahlı hücumlar təkil edib.

İranda 1979-cu ildə rejimə qarşı yaradılan və İraq Kürdüstan bölgəsinin yaradılmasından sonra 1996-cı ildə müharibəni dayandırdığını elan edən İran Kürdüstan Demokrat Partiyası bu hadisədən sonra yenidən fəaliyyət göstərməyə başlayıb. Partiyanın PKK ilə siyası düşüncə fərqi olduğundan İran sərhədində çox sayda düşərgəsi olan PKK ilə mübarizə alovlanıb. PKK partiyaya müraciət edərək silahlılarını bölgədən geri çəkməyə çağırıb. Ancaq partiya buna əhəmiyyət verməyərək sərhəd bölgəsindən İran daxilinə keçməyə cəhd göstərib və nəticədə silahlı qarşıdurma baş verib.

İnterpress.az