İnterpress.az bəzi ölkələrin səhər süfrəsini təqdim edir.
Tayland- Qarabaşaqla bişirilən ət və içinə acı qiymə doldurulmuş donuz bağırsağı bu ölkənin sevimli səhər yeməyidir. Bağırsağa doldurulan qiymənin içində donuz ürəyi, donuz mədəsi və donuz qanı olur.
Kuba- İçinə bir çimdik duz atılan şəkərli qəhvə və tayı-bərabəri olmayan Kuba çörəyi bu ölkənin vazkeilməzidir. Kubalılar bu çörəyi qəhvəyə batıraraq yeyir.
Mərakeş- Müxtəlif çörək növlərindən istifadə olunur. Bu ölkədə səhər yeməyində çörək çeşidi nə qədər çox olarsa, süfrə o qədər zəngin sayılar.
Avstraliya- Qızardılmış çörək üstünə sürtülən müxtəlif əzmələrdən çox istifadə olunur. Az qala hər bir avstraliyalı çantasında “Vegemite” adlı özündən mayalanan xəmirdən hazırlanan krakerlər saxlayır.
Braziliya- səhərləri müxtəlif qızardılmış ətlər süfrəni daha zəngin edir.
Monqolustan- qızardılmış qoyun ətini bu ölkədə çox sevirlər. Bəzi yerlərdə at əti də də yeyilir.
İngiltərə- süfrə səhərlər daha zəngin olur. Sosiska, yumurta, közlənmiş pomidor, göbələk, çörək, sobada bişirilən quru lobya və içində donuz qanı ilə qarabaşağın olduğu sucuqla zəngin olur. Çay da ingilislərin səhər yeməyinin bir hissəsidir.
İnterpress.az