Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölübbackend

Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havanın temperaturu atmaqda davam edir.

Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də – gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb. Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.

Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə.

Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.

İnterpress.az