Bu barədə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov ANS PRESS-ə bildirib.
Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti orta-ağırdır.
“Zəhərlənənlərin səhhətində ağırlaşma olmayıb. Hazırda müalicələri davam edir.Bu gün konsilium keçirəcəyik. Ola bilsin ki, sabah xəstələr evə buraxılsınlar”, – deyə Azər Maqsudov bildirib.
Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda binanın yanması nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Onlardan 35 nəfəri zəhərlənmə diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.
İnterpress.az