Vərəm dispanserində xəstələr arasında dava olubbackend

Vərəm dispanserində xəstələr arasında dava olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. ( apa )

İnterpress.az