Qırmızı diplomlu əsgərin ölümü üzərindəki qara pərdə – VİDEObackend

Qırmızı diplomlu əsgərin ölümü üzərindəki qara pərdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə onun yaxın qohumu Cavid Hacıbəyli sosial şəbəkədə məlumat yaymışdı.

Bildirilirdi ki, Tapdıq Babaşov hərbi xidmətə Qobustan rayon hərbi komissarlığından çağırılıb: \”O, BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki… Guya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb\”.

Qohumunun öz əcəli ölməsini şübhə altına alan C.Hacıbəyli qeyd edir ki, Tapdığın qollarında kəndir izləri olub, onun qollarını bağlayıblarmış.

T.Babaşov 2 ayın əsgəri olub, bu yaxınlarda andiçmə mərasimindən keçib.

Müəmmalı şəraitdə xəsarət alan əsgəri hərbi hissədən Musa Nağıyev adına klinikaya gətiriblər, komada olub və həyatını itirib. Sonra onun Papanində yerləşən hərbi hospitalın morquna aparıb buradan da ailəsinə təhvil veriblər.

Bu gün C.Hacıbəyli baş vermiş hadisə və mərhumla bağlı Musavat.com-a aşağıdakı məlumatları verib:
\”Babaşov Tapdıq Əlizaman oğlu 10.04.1992-ci ildə anadan olub. BDU-nun tarix fakultəsini qırmızı diplomla bitirib. Hərbi xidmətə getmək üçün çox həvəsli idi, vətənini canından çox sevirdi, ona görə istəyirdi ki, cəbhə zonalarına düşsün, amma FHN-nə düşdü. Sağlamlıq durumunda da bir problem yox idi. 22.04.2015-ci ildə FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində karantində olub, hərbi andiçmə də burada olub. Xəbər gəldi ki, mayın 22-də günorta saatlarında Tapdığı Musa Nağıyev adına Təxirəsalınmaz və Təcili Tibbi Yardım Klinikasına gətiriblər. Səbəbi isə guya binadan yıxılmasıdır. O, klinikaya gətiriləndə artıq can verirmiş, həkimlər onun yaşamasının möcüzə olacağını deyirlərmiş. Təcili əməliyyat olunub. Baş nahiyəsi zərbədən darmadağın idi. Təəssüf ki, o, yaşaya bilmədi, mayın 23-də vəfat etdi\”.

C.Hacıbəylinin sözlərinə görə, mərhumun ailəsində məlumat var ki, Tapdığı əvvəl möhkəm döyüblər, başını dəmirə və ya möhkəm yerə çırpıblar, çünki alın nayihəsi batıq idi. Bunu ekspertiza da müəyyənləşdirib. Çəkməsinin birinin ipi yox idi, o iplə onun qollarını bağlayıblar, sonra boğazına da keçiriblər. Ayaqları da qırıq-qırıq olub, dabanları parçalanıbmış. Sonra da belə olduğunu görüb 3 ya 4-cü mərtəbədən yerə tullayıblar ki, iz itirsinlər. Bu qatillər, cinayətkarlar cavab verməlidir. Necə ola bilər ki, şəhərin mərkəzində, günün günorta çağı əsgəri döyüb binadan yerə atıb öldürürlər?! Ora dövlət strukturudur, dağ-dərə və ya poliqon deyil ki, bəhanə tapıb desinlər ki, guya yıxılıb, nəsə olub. Rəsmilər araşdırıldığını deyir, hələ ki, rəsmi nəticə yoxdur. Niyə uzadırlar bu hadisəni, səbəb nədir? Ədalətli təhqiqat aparılsa həqiqət üzə çıxa bilər. Biz tələb edirik cinayətkarlar tapılsın. Orada başqa əsgərlər də var, başqa ailələr ağlar qalmasın\”.

Müsavat gənclər təşkilatının sabiq sədri Tural Abbaslı mərhumla bağlı xatirəsini sosial şəbəkədə paylaşıb: \”2013-cü il 12 yanvar Fəvvarələr meydanında \”Əsgər ölümlərinə son\” mitinqindəyik. Birdən polis üzərimizə hücuma başladı. Bizlər də şüar səsləndirə-səsləndirə sürətlə geri çəkilməli olduq. Ara qarışdı. Bu qarışıqlıqda qaça-qaça bir gənc mənə yaxınlaşdı və \”Tural bəy, salam, eşq olsun\” dedi. Mənim onu tanımadığımı anlayıb \”mən Rufatin xalası oğluyam, Tapdıq\”.
Bəli və biz bu gün ordudakı ölümlərə etiraz edən və orduda da özbaşnalıqdan şəhid olan gənc Tapdığı dəfn etdik! Azərbaycanımız itirdi!!!\” ( musavat.com )

İnterpress.azhttps://youtube.com/watch?v=U0w99t1Vu_w