Yanan pullar sakinlərə qaytarılacaqbackend

Yanan pullar sakinlərə qaytarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, bu günə qədər yanan binada yaşayan 51 ailə müvəqqəti mənzillərlə təmin olunub.

Ailələrdən 12-si pansionatlarda, 39-u isə kirayə evlərdə yerləşdirilib. Yerdə qalan 6 ailədən biri tamamilə dağılıb. 4 ailənin qalmağa yerləri var. Bir ailənin üzvləri isə xəstəxanadadır.

Qeyd edək ki, yanan binada ümumilikdə 57 mənzil olub. Həmin mənzillərdən biri isə 2 hissəyə bölünüb. Bu səbəbdən də, həmin mənzili 2 sayırlar.

Nuridə Allahyarova deyir ki, sakinlər yerləşdirilərkən sakinlərin iş yerləri, təhsil aldığı müəssisələrin yerləri nəzərə alınır.

Qeyd edək ki, may ayının 19-da yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb.

Rayon İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, əhaliyə dəyən ziyanın müqabilində kompensasiyalar da ödəniləcək.

“Hər ailəyə 20 min manatdan əlavə, kimin evində nağd pul olubsa, həmin məbləğ vətəndaşlara qaytarılacaq. Artıq müraciətlər başlanıb. Sakinlərin müraciəti əsasında komissiya araşdırmalar aparacaq. Sakinlərin itirdiyi pulun məbləği dəqiqləşdiriləcək və həmin məbləğ vətəndaşa qaytarılacaq”, – deyə Nuridə Allahyarova bildirib.

İnterpress.az