Bu haqda Modern.az saytına tanınmış televiziya eksperti Qulu Məhərrəmli deyib.
O, uzun müddət Bakı Metropoliteninin keçmiş rəisi işləmiş Tağı Əhmədovun da belə çıxışlarla gündəmdə qalmasına diqqət çəkib: “O da belə çıxışlara tez-tez yol verirdi. Çox nüanslar var ki, ona əhəmiyyət vermirlər. Yəni bu cür formalaşıblar. Düşünürəm ki, onların sözünü çox hallandırmağa da ehtiyac yoxdur.
Abid Şərifov dərk etmir desin ki, tender olacaq, orada tikintini kimin aparacağı müəyyənləşəcək. Bu cür səliqəli cavab verəcəyi halda, kobudcasına jurnalisti acılayır. O danışmaq adamı deyil, binanı təmir etsin, vəssalam. Ona görə də bu cür adamlar nə qədər az danışsalar, bir o qədər az səhv buraxarlar və düşünürəm jurnalistlər üçün də mövzu verməzlər”.
Binəqədi rayonunda yanan binanın olduğu əraziyə gələn Abid Şərifov jurnalistin “Tikinti işləri hansı şirkət tərəfindən aparılacaq” sualına “Sənə nə var? Alabala! Bunun “pressa”ya nə dəxli var?”, – deyə kobud cavab verib.
İnterpress.az