Azərbaycanda 9 obyekt bağlandıbackend

Azərbaycanda 9 obyekt bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən aprel ayı ərzində 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Cəzalandırılan sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edənlərdir.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülmüş, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 63 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

İnterpress.az