Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planı imzalanıbbackend

Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planı imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plana xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov imza atıblar. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

S. Lavrov Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib: “İki ölkə arasında ticarət dövriyyəsi bizim apardığımız statistikasına görə, keçən il 16 faiz artaraq tarixi maksimumuna çatıb. Azərbaycanla Rusiyanın regionları arasında da əlaqələr inkişaf edir. Artıq Yekaterinburqda keçiriləcək IV regionlararası foruma hazırlıq gedir”.

Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsi ətrafında Elmar Məmmədyarovla uzun müzakirələr apardığını söyləyib: \”Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi Rusiya üçün prioritet məsələdir. Biz bu münaqişənin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar vasitəsilə həllin olunması üçün səylərimizi davam etdirəcəyik”.

S. Lavrov Ukrayna münaqişəsində Azərbaycanın tutduğu təmkinli mövqeyi yüksək qiymətləndirdiyini bildirib. “Üç həftə sonra Azərbaycanda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət nümayəndə heyəti təmsil edəcək. Azərbaycana Avropa Oyunlarının keçirilməsində uğurlar arzulayırıq”, – deyə o, söyləyib.

Elmar Məmmədyarov isə çıxışında rusiyalı həmkarının Azərbaycan-Rusiya münasibətlərinin inkişaf tempi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan azərbaycanlı nazir deyib ki, münaqişənin həlli çoxdan yetişib: “Sergey Lavrovun da dediyi kimi, münaqişənin həlli çoxdan yetişib. Mən onun nikbinliyini bölüşürəm. Biz dünən və bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr apardıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələrimiz oldu. Azərbaycanın Xəzərinin hüquqi statusu ilə bağlı mövqeyi bir çox məqamlarda Rusiya ilə üst-üstə düşür”. ( apa )

İnterpress.az