Xidmətin mətbuat mərkəzindən interpress.az-a verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli miqdarda 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az