Sürücülərin DİQQƏTİNƏ: Şəhərin mərkəzində böyük tıxacbackend

Sürücülərin DİQQƏTİNƏ: Şəhərin mərkəzində böyük tıxac

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bununla əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.

Yaranmış sıxlığı nəzərə alaraq əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edir: “Bu gün saat 16:30-dan etibarən sınaq tədbirləri tam başa çatanadək paytaxtın Mikayıl Müşfiq dairəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Parlament prospekti ilə Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Nizami küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya stadionu, Aeroport şosesi boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Bununla əlaqədar “Cavanşir” körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir”.

Yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar da təklif edib. Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri tövsiyə olunur. “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə hərəkət edə bilərlər. Eləcə də, onlara Mikayıl Müşfiq dairəsindən Mətbuat prospektindən keçməklə, Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmələri tövsiyə olunur. Zuğulba, Buzovna qəsəbələrindən paytaxtın mərkəzinə doğru hərəkət Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır.

Maştağa, Zabrat, Nardaran və həmin ərazilərdəki digər qəsəbələrdən metronun “Koroğlu” stansiyasına doğru isə yalnız şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə, Bakıxanov qəsəbədaxili yollarla hərəkət etmələrini tövsiyə edilir. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan və Şüvəlan qəsəbələrindən isə Qala döngəsindən Türkan qəsəbəsi ilə Qala və Pirallahı beton yolu ilə şəhər istiqamətində hərəkət nəzərdə tutulur. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur.

İnterpress.az