Bu barədə qurumun rəsmi saytı məlumat verib.
“Təəssüflə bildirməliyik ki, ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyasının bütün səylərinə baxmayaraq, İŞİD-in hərəkətləri daha mütəşəkkil görünür”, sənəddə bildirilir.
Bununla əlaqədar Rusiyanın xarici işlər idarəsi beynəlxalq və regional tərəfləri terror təhlükəsi ilə mübarizədə “ikili standartlardan” əl çəkməyə və İŞİD-lə mübarizə aparan Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyə çağırıb.
İnterpress.az