Həbsdə olan jurnalist Azər İsrafilov əfv ərizəsi yazdıbackend

Həbsdə olan jurnalist Azər İsrafilov əfv ərizəsi yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevə müraciət edən jurnalist ərizəsində bildirib ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 178.3.2 maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bunun səbəbi isə 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. Borc tam qaytarılmadığı üçün S.Səfərovanın şikayəti əsasında ona 7 il iş kəsilib. Ancaq bir müddətdən sonra zərərçəkənin qalan pulu da ödənilib və barışıq ərizəsi yazılıb. Bu səbəbdən də jurnalist Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə zərərçəkənə dəymiş ziyanın tam ödənildiyini, tərəflərin barışıq əldə etdiyini, Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzası 7 ildən 3 ilə endirib.

Artıq 1 ildən çoxdur ki, məhkumluq həyatı yaşayan jurnalist dövlət başçısı tərəfindən əfv olunmasını istəyir: “Cənab Prezident, mən Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişəm. Zabit kimi Müdafiə Nazirliyinin İnformasiya İdarəsinin Proqnozlaşdırma və Analiz şöbəsində çalışmışam. 2007-ci ildən ANS, Ictimai Televiziya, ATV kanallarının kriminal verlişlərində fəal jurnalist kimi çalışmışam. Jurnalist fəaliyyətim dövründə dövlətə və dövlətçiliyə sadiq olmuşam. İstəyirəm ki, azadlığa çıxaraq bir jurnalist kimi yenidən dövlətimə xidmət edim. Sizin humanizm siyasətiniz nəticəsində hər il neçə-neçə ailəyə sevinc bəxş edilir. İnanıram ki, növbəti əfv sərəncamınız İsrafilovlar ailəsini də sevindirəcək”. ( modern.az )

İnterpress.az