İnterpress.az xəbər verir ki, Nizami Piriyevi vəkil Kamandar Nəsibov müdafiə edəcək. Artıq vəkillə müdafiə edəcəyi şəxsin nümayəndələri arasında müqavilə imzalanıb.
Kamandar Nəsibov Nizami Piriyevin işgəncəyə məruz qalması ilə bağlı xəəbrləri mətbuatdan oxudugunu və yaxın zamanda müvəkkili ilə görüş üçün müraciət edəcəyini bildirib: “Müqavilə dünən axşam imzalanıb. Oxudum ki, onu mayın 22-dən etibarən döyürlər”.
Nizami Piriyevin digər vəkili Muxtar Mustafayev də onunla görüşə icazə verilmədiyini deyib.
Qeyd edək ki, Nizami Piriyev \”PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.
\”PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan \”AzMeCo” şirkətidir.
Bundan əlavə \”PNN” şirkəti Azərbaycan və Ukraynada öz mağazalarını açmış \”De Beers и Hamley\’s” şirkətlərinin tərəfdaşıdır. \”PNN Group” KFC qəlyanaltıxana şəbəkəsini də inkişaf etdirir.
Şirkət öz maliyyə göstəricilərini açıqlamır. Amma onun aktivləri 650 milyon dollar həcmində qiymətləndirilir.
Elnarə Kərimova
İnterpress.az