Müğənni Röya cəzalandırıla bilərbackend

Müğənni Röya cəzalandırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhlab Bağırov Aznews-a açıqlamasında müğənni Röyanın onu internetdə təhqir edən şəxsi “razobrkaya” çağırması, baş verənləri videoya çəkib internetdə yerləşdirməsi ilə bağlı məlumatlar polisin diqqətini çəkib.

“İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq”.

S.Bağırovun sözlərinə görə, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər.

“Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”, – deyə, o, bildirib.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib:

“Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.

İnterpress.az