Emənilərin Qarabağla bağlı tədbirində qalmaqalbackend

Emənilərin Qarabağla bağlı tədbirində qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

tədbir şəhərin 5-ci region bələdiyyəsinin binasında təşkil olunub. Tədbirdə çıxış edən radikal milliyyətçi və irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalına haqq qazandırmağa çalışıblar. Bu zaman Azərbaycan vətəndaşı olan bir qadının işğalla bağlı sualı onların xoşuna gəlməyib. Ermənilər sərt şəkildə etirazlarını bildiriblər.

Azərbaycanlı qadının tədbir iştirakçılarına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğuna dair Birləşmiş Millətlər Təşkilatının qətnamələr qəbul etdiyini, həmin sənədlərdə Ermənistanın işğal etdiyi əraziləri tərk etməsinin vacibliyinin qeyd olunduğunu xatırlatması qarşı tərəfin qəzəbinə səbəb olub. Qadının suallarını cavablandıra bilməyən erməni tarixçi Kloud Mutafyan ona sərt şəkildə etirazını bildirib və tədbirdə mübahisə yaranıb.

İnterpress.az