Silahlılar Liviyada tarixi abidələri ağır texnika vasitəsilə məhv edir – YUNESKO-dan həyəcan təbilibackend

Silahlılar Liviyada tarixi abidələri ağır texnika vasitəsilə məhv edir – YUNESKO-dan həyəcan təbili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə YUNESKO-nun müşaviri, dünya irsinin ərəb regional mərkəzinin müdiri Munir Buşenaki bildirib.

“Liviyada tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində çox gərgin vəziyyət yaranıb. Onlar qəsdən ağır texnika, ekskavatorlar vasitəsilə tamamilə məhv edilir” – deyə Buşenaki bildirib.

Onun sözlərinə görə, ekstremistlər hətta Tadrart Akakus dağ massivindəki eramızdan əvvəl 12000-ci ilə aid edilən qayaüstü təsvirləri məhv etməyə başlayıb.

Liviyadakı tarixi abidələrin qorunub saxlanılması məqsədi ilə Mərkəz Bəhreyndə Liviya muzeylərinin əməkdaşlarının görüşünü keçirmək niyyətindədir.

İnterpress.az