FİFA-da kütləvi həbs – VİDEObackend

FİFA-da kütləvi həbs – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, saxlananlar arasında iki vitse-prezident – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İcraiyyə Komitəsinin üzvü Cek Uorner də var. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrəyə gediblər.

İsveçrə polisi ümumilikdə 10 FİFA rəsmisinin həbsini həyata keçirəcək. Onlara qarşı bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım müqavilələri zamanı korrupsiya halları, çirkli pulların yuyulması, dələduzluq kimi ittihamlar irəli sürüləcək.

Məlumatlara görə həbslər sakit şəraitdə aparılıb. Saxlananlar oteli qandalsız tərk ediblər. Kosta-Rikodan olan Eduard Li isə oteli arxa qapıdan tərk edib.

Qeyd edək ki, FİFA rəhbərliyinə builki namizədlər İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və hazırki prezident Jozef Blatterdir.


İnterpress.az