Sakinlərin sözlərinə görə, onları narahat edən məsələ təmir zamanı söküntünün aparılmasıdır: “Zirzəmidə aparılan qazıntı və yardımçı divarların sökülməsi nəticəsində bina qəzalı vəziyyətə düşə bilər. Bununla bağlı Fövqəlada Hallar Nazirliyi, Səbail Rayonu İcra Hakimiyyətinə müraciət etmişik. Çünki bina həm də arxitekturasına görə qorunmalıdır”.
Əraziyə nəzarət edən 9 saylı Mənzil İstismar Sahəsindən İnterpress.az-a bildirilib ki, binanın zirzəmisi özəl obyektdir. Təmir işləri də həmin obyektin sahibi tərəfindən aparılır: “Artıq bir dəfə təmir işlərini aparanlara işin dayandırılması barədə xəbərdarlıq edilib və iş dayandırılıb. Görünür onlar yenidən təmiri davam etdirməyə başlayıblar. Bu gün dərhal əraziyə əməkdaşlarımızı göndərərək təmiri dayandıracağıq”.
Elnarə
İnterpress.az