Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı başlayıbbackend

Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

2 gün ərzində “Güclənən tolerantlığa birgə baxış və terrorizmdən imtina etmək” mövzusunda təşkil olunan toplantıda müxtəlif sosial, mədəni, siyasi, iqtisadi, elmi və texniki sahələr üzrə müzakirələr aparılacaq. Nazirlərin toplantısında regionda gedən proseslər o cümlədən Fələstin, Suriya, Yəmən, Liviya və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum müzakirə olunacaq.

Görüşə Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Caber Əl-Sabah və İslam əməkdaşlıq təşkilatı baş katibi İyad Ameen Madani sədrlik edir.

Toplantının sonunda yekun sənəd qəbul olunacaq.

İnterpress.az