Dünya üçün fəlakət: quş qripi insandan insana keçəcəkbackend

Dünya üçün fəlakət: quş qripi insandan insana keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bir neçə il əvvəl bütün dünyanı qorxu altında saxlayan quş qripi virusu daha 2 mutasiyadan sonra daha da təhlükəli olacaq. Hələlik insandan insana yoluxmayan quş qripi 2 dəfə mutasiya keçdikdən sonra insandan insana keçə biləcək və bu dünya üçün çox böyük təhlükə deməkdir.

Mütəxəssislərin fikrincə, əgər bu baş verərsə, 1918-ci il İspaniya qripindən daha öldürücü olacaq. Kembric Universitetinin professoru Derek Smitin sözlərinə görə, sadəcə 5 mutsiyadan sonra quş qripi insnadan insana keçəcək. Bu mutasiyadan 3-ü artıq gerçəkləşib. 2 mutasiyadan sonra proses insanlar üçün daha təhlükəli həddə çatacaq.

İnterpress.az