Müsəlman uşaqlara radikallıq testibackend

Müsəlman uşaqlara radikallıq testi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Londonda ibtidai sinif şagirdlərinə verilən anketlərdə dini inanclarla bağlı suallar da var. Mütəxəssislər bu sualları radikallıq testi kimi qiymətləndirir.

Belə ki, uşaqlara “Dinimin ən doğru və haqq din olduğuna inanıram” ifadəsinin qarşısında “bəyənirəm”, “bəyənmirəm” və “əmin deyiləm” kimi cavab variantları qoyulub.

Bu isə azyaşlı şagirdlərin öz dinləri barədə fikirlərini öyrənmək məqsədi daşıyır. Mütəxəssislərin fikrincə, uşaqlardan bu tip sualların soruşulması xüsusən müsəlman uşaqların dini radikallığının hansı səviyyədə olduğunu öyrənmək cəhdidir.

İnterpress.az