Məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.
Bundan əvvəl UEFA korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.
Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.
İnterpress.az