Final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.
Avropa Liqasının son qalibi olan Sevilya təmsilçisi titulunu qorumaq istəyində idi. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” isə tarixində ilk dəfə idi ki, final həyəcanı yaşayırdı.
Gərgin və maralqı keçən görüş “Sevilya”nın qələbəsi ilə başa çatıb – 3:2.
Beləliklə, İspaniya klubu ardıcıl ikinci dəfə Avropa Liqasının qalibi olub.
İnterpress.az