İslam Əməkdaşlıq Təşkilatının toplantısı davam edirbackend

İslam Əməkdaşlıq Təşkilatının toplantısı davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güclənən tolerantlığa birgə baxış və terrorizmdən imtina etmək” mövzusunda təşkil olunan toplantıda bu gün İƏT ölkələrində müxtəlif sosial, mədəni, siyasi, iqtisadi, elmi və texniki sahələr üzrə müzakirələr aparılır.

Nazirlər regionda gedən proseslər, o cümlədən Fələstin, Suriya, Yəmən, Liviya və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət müzakirə edirlər.

Görüş Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Caber Əl-Sabah və İƏT-in Baş katibi İyad Ameen Madani sədrliyi ilə baş tutan toplantının sonunda yekun Bəyannamə qəbul olunacaq.

Xatırladaq ki, ötən gün Küveytdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlüd Çavuşoğlu arasında toplantı çərçivəsində üçtərəfli görüş keçirilib. Nazirlər regional əməkdaşlığın inkişafı baxımdan bu görüşün əhəmiyyətini vurğulayıb, üçtərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

İnterpress.az