İnterpress.az xəbər verir ki, killer əlində tapança ilə zavod direktorunu küçə boyunca qovub. Killeri görən iş adamı qaçaraq digər binanın blokuna girməyə cəhd edib. Ancaq killer onun ardınca qaçaraq heç kəsə məhəl qoymadan sifarişi yerinə yetirib. Adı hələlik açıqlanmayan biznesmen ağır yaralanaraq xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanları xəbəri təsdiqləyib.
İnterpress.az