Bu barədə Modern.az saytına sakinlər özləri məlumat veriblər. Artıq bununla bağlı bir sıra millət vəkilinə müraciət edən sakinlər onlara dəyən ziyanla bağlı həm yanğın baş verən binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon İcra hakimiyyətlərindən təzminat tələb edəcəklər.
Saytımıza müraciət edən sakinlər bu məsələ ilə bağlı maddi ziyanın dövlət tərəfindən deyil, bu işdə təqsiri olan və biləvasitə bu işə məsul olan qurumların ödəməsini istəyəcəklərini deyiblər.
Qeyd edək ki, xarici təcrübədə də belə hal mövcuddur.
Modern.az məsələ ilə bağlı bir neçə millət vəkili ilə əlaqə saxlayıb. Onlar da təcrübədə belə halın mövcud olduğunu təsdiqləyiblər və hər zaman sakinlərin yanında olacaqlarını qeyd ediblər. Bayram günü olduğundan adları çəkilən rayon icra qurumları ilə əlaqə saxlaya bilmədik.
İnterpress.az