12 min metr yüksəklikdə 2 mühərriki birdən duran təyyarə idarəetməni itirib. Bir anda enişə keçən təyyarənin pilotları böyük bir soyuqqanlılıqla standart proseduru təqib edərək Rolls-Royce Trent 772 model motorları işlətməyi bacarıb.
Eniş zamanı sərnişinlər arasında çaxnaşma yaşanıb, ancaq yaralanan olmayıb. 8 min metrə qədər düşən təyyarə mühərriklərinin işə düşməsindən sonra 9 min 500 metrə çıxaraq səfərini tamamlayıb.
İnterpress.az