Qadınların İŞİD-ə qoşulma səbəbi – ARAŞDIRMAbackend

Qadınların İŞİD-ə qoşulma səbəbi – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Strateji Dialoq İnstitutu və Beynəlxalq Radikallaşma Fəaliyyəti Mərkəzi tərəfindən aparıla araşdırma İŞİD-ə qoşulan qadınların getdikcə daha da gəncləşdiyi, varlı ailələrin övladları olduğu və yaxşı təhsil aldırqlarını üzə çıxarıb.

Qadınların İŞİD-ə qoşulma səbəbləri isə demək olar ki, eynidir. Onların əsasən “cihad gəlini” olmaq üçün təşkilatın sırasına qatılması düşüncəsinin yanlış olduğuna dair də mülahizələr var.

Belə ki, İŞİD-ə qoşulan qadınlar özlərini sosial və mədəni həyatdan kənarda hiss edir, müsəlmanların zülmə məruz qaldığına inanır və getdikcə radikallaşır. Bundan başqa macəra axtarışı, fərqli şəraitdə yaşamaq və İŞİD döyüşçülərinin “cazibəsi” də onlar üçün əsas olur.

İŞİD-ə qatılan qadınların əksəriyyəti çox gənc yaşda dul qalırlar. Ancaq daha sonra yenidən evlənmək kimi problemləri olmur. İŞİD-ə qoşulan qərbli qadınların əsas vəzifəsi ərlərinə daha yaxşı arvad olmaq və dünyaya uşaq gətirməkdir.

İnterpress.az