Müsavatın rayon təşkilatının keçmiş sədrindən indiki sədrə ittihamlarbackend

Müsavatın rayon təşkilatının keçmiş sədrindən indiki sədrə ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəzli Mehdiyevin təşkilatdakı istefaların bir hissəsinin Arifə Hüseynli tərəfindən təşkil edilməsi barədə fikirlərinə münasibət bildirən Rövşən Dəmirli İnterpress.az-a açıqlamasında bunun doğru olmadığını vurğulayıb: “Qapı-qapı gəzən Fəzli özüdür. İstefa verənlər özləri Arifə xanımla əlaqə saxlayaraq istefa ərizələrini təqdim ediblər. Arifə xanım həm özək sədri, həm də sədr müavini idi. Təbii ki, təşkilatda böyük nüfuzu var. Onun istefa verməsi bir çoxlarına təsir etdiyindən onlar da Arifə xanımla həmrəy olduqlarını belə bildiriblər. İndi yaradılan Təşkilat Komitəsinin üzvlərinin çoxu uzun müddət fəal olmayıblar, çox müsavatçını tanımırlar, sənədləri qarşılarına qoyub kimin telefonu varsa zəng edirlər. Bəzilərinin də evinə gedirlər. Onları da çox adam tanımadığından müsbət cavab vermir. Bəziləri partiyanı tərk edir, bəziləri isə siyasi fəaliyyətini passivləşdirir”.

Elnarə
İnterpress.az