Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlət başçısına və xanımına məlumat veriblər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə çalışanlar üçün yaradılan şəraitlə maraqlanıblar. Sonda xatirə şəkilləri çəkdirilib.
İnterpress.az