Bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, bu cür sürücülərə qarşı heç bir güzəşt edilməyəcək: “Bu gündən qeyri-qanuni parklanma edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb”, – deyə Ş. Mehmanqızı qeyd edib.
O bildirib ki, oyunlar zamanı yollarda hər hansı problem yaranarsa, onlar dərhal aradan qaldırılacaq: \”Bütün aidiyyatı qurumların nümayəndələri hadisələri NİİM-in monitorlarından izləyir. Əgər oyunlar zamanı hər hansı qəza baş verərsə, onların dərhal aradan qaldırılması üçün qərar veriləcək \”.
Ş. Mehmanqızı, həmçinin, qeyd edib ki, oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operativ və ətraflı məlumat veriləcək”.
O qeyd edib ki, bu məlumatları NİİM-in Facebook və Twitter səhifələrindən, internet saytlarından, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar “Baku İTS” proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 \”qaynar xətt\” telefonuna zəng etməklə hara necə getməli lazım olduğunu, alternativ yollar və s. barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər.
İnterpress.az