İsveçrə bankları məxfilikdən imtina etdibackend

İsveçrə bankları məxfilikdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, razılaşmaya əsasən 2018-ci ildən etibarən tərəflər bank informasiyasını bölüşəcək.

Həmin ildən etibarən Avropa İttifaqına daxil olan ölkələrin rəhbərliyi banklarda pulu olan vətəndaşlarının adları, ünvanları, vergi identifikasiya kodu barədə məlumatları əldə edə biləcəklər.

“Söhbət maliyyə fırıldaqçılarına yeni zərbədən gedir” deyə iqtisadi, maliyyə və vergi məsələləri üzrə Avropa Komissiyasının üzvü Pyer Moskovisi bildirib. Yeni sənəd bank məfxiliyinə son qoyulması deməkdir. Bundan sonra banklarda deklarasiyadan kənar vəsaitlərin yerləşdirilməsi mümkün olmayacaq.

İnterpress.az