Bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
ABŞ və Rusiya prezidentlərinin ara-sıra telefonla danışdıqlarını deyən diplomat iki ölkənin maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etdiyini bildirib. “Bunu yeni “yenilənmə” yox, daha çox normal münasibətlərə dönüş adlandırardım. Liderlər arasındakı təmaslar praqmatik xarakter daşıyır”, – deyə o vurğulayıb.
Lavrov onu da bildirib ki, Rusiya sanksiyalar şəraitində uzun müddət yaşamağa hazırdır.
İnterpress.az