“United Credit Bank”da gərginlikbackend

“United Credit Bank”da gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya bankın müştəriləri xəbər verib. Əmanətçilər qeyd edir ki, bu vəziyyət artıq 2 aya yaxın davam edir. Müştərilərin sözlərinə görə, onların \”United Credit Bank\”a, o cümlədən Azərbaycan Mərkəzi Bankına bununla bağlı etdiyi müraciətlər nəticəsini vermir.

Müştərilərdən biri deyir ki, o əmanəti müalicə üçün götürmək istəyib və bu hal onunla bank arasında bağlanan müqavilədə də göstərilib. Lakin bank vəsaiti verməkdən imtina edib və əmanətçi müalicəsini digər bankdan götürdüyü kredit hesabına aparıb. Bunu nəzərə alaraq, əmanətçi bankdan ona dəymiş ziyanın ödənməsini tələb edir.

Qeyd edək ki, bu cür əmanətçilərin sayı onlarladır.

Faktı bankdan da təsdiq ediblər. Bank əmanətçilərin suallarının cavablandırılması üçün Kristina Yurçenko adlı nümayəndə də təyin edib. Maraqlıdır ki, xanım yalnız rus dilində danışır.

Bankın nümayəndəsi deyib ki, problemin yaranmasına səbəb bankın hesablarına qoyulan həbsdir. “Söhbət həm yerli banklarda, həm də ölkə xaricində olan hesablardan gedir. Hesablara həbs məhkəmə çəkişməsi ucbatından qoyulub. Bu məsələ ilə bağlı hər gün onlarla əmanətçi zəng edir. Söhbət bankın bağlanmasından getmir. Lakin bankımız bağlansa belə, \”United Credit Bank\” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əmanətçilər öz pullarını ala biləcəklər\”, – deyə o qeyd edib. Bankın nümayəndəsi bildirib ki, problemin aradan qaldırılması üçün maliyyə təşkilatının rəhbərliyi əlindən gələni edir. Bununla belə, əmanətçilərin pullarını nə zaman ala biləcəyi ilə bağlı məlumat verilməyib.

İnterpress.az