Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, 16 hadisə ötən ay, 3 hadisə isə bu ay qeydə alınıb. Zərərçəkənlərdən 15-i xəstəxanaya yerləşdiirlib, onlardan da 2-si azyaşlıdır. İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 3 nəfər müalicəsini davam etdirir. İlan sancma halları Şamaxı, Qəbələ, İsmayıllı və Bakıətrafı qəsəbələrdə-Zirə, Qaradağ və digər ərazilərdə baş verib.
A.Maqsudov qeyd edib ki, bu günə kimi əqrəb sancması ilə bağlı 1 müraciət daxil olub. Qaraqurd sancması faktı isə qeydə alınmayıb.
İnterpress.az