Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc – FOTObackend

Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə göə, Adil Hüseynovun həbsdə saxlanılması ilə problem həll edilməyəcək və Azərbaycan büdcəsi milyonlarla dollar vəsait itirəcək: “Beynəlxalq Bankin Dubaydakı nümayəndəsi kimi Adil Hüseynov bankın kredit verdiyi metaltökmə zavoduna və tekstil fabrikinə nəzarət edirdi. Bankla bağlı problemlər yaranandan metaltökmə zavodu da faəliyyətini dayandırdı. Hazırda zavodun 50 milyon dollar borcu yaranıb. Orda çalışanlardan 100 nəfərə yaxını azərbaycanlı idi. Onlar da işsiz qalıblar. Hazırda zavodda ancaq 15-ə yaxın texniki heyət qalıb ki, onlara da əmək haqqı ödənilmir. Əgər vəziyyət belə davam etsə, Dubay qanunlarına görə zavod satışa çıxarıla bilər. Bu isə Azərbaycanın ora qoyduğu vəsaitin artıq itirilməsi deməkdir. Çünki borçu olan və işlək vəziyyətdə olmayan zavod daha ucuz qiymətə satılacaq. Halbuki hər iki müəssisə Beynlxalq Bankda girovdadır və bank daha tez tərpənib bu zavodu özü satışa çıxara, ödənilməyən vəsaiti götürə bilər. Ancaq belə olduğu təqdirdə Azərbaycan bundan uduzmayacaq”.

Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc - FOTO

Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc - FOTO

Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc - FOTO

Beynəlxalq Bankın kredit verdiyi zavod iflic oldu: 50 milyon borc - FOTO

Elnarə Kərimova
İnterpress.az