İnterpress.az-a daxil olan məlumata görə, keçmiş başqanın namizədliyini vercəyi dairə hələlik müəyyənləşdirilməsə də, o, paytaxtdakı dairlərdən birindən namizədliyini irəli sürəcək.
İsa Qəmbərlə yanaşı, indiki başqan Arif Hacılı da deputatlığa namizədlər arasındadır.
Siyahıya həmçinin Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razım Əmiraslanlı, İkram İsrafil, Osman Kazımovun da adı daxil edilib.
Partiya qurultayından sonra xeyli müzakirə və mübahisələrə səbəb olmuş Vurğun Əyyubun adı isə namizədlər siyahısına salınmayıb.
Partiya Məclisi növbəti iclasında siyahını müzakirə edəcək.
Elnarə Kərimova
İnterpress.az